Bir neçə rayonda leysan, Bakıda isə... SON VƏZİYYƏT

29.08.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqustun 29-u saat 11:00-a olan məlumata əsasən, Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntı qısamüddətli leysan xarakterli olub. Pepperoni pizza

Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər və Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur və Şahbuzda isə 1 millimetrədək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью