Bir neçə vitamini eyni vaxtda qəbul etmək olarmı?

05.11.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər vitamin və qida əlavələrindən istifadə geniş yayılıb. Bir çox insan immuniteti gücləndirmək, yorğunluğu azaltmaq və sağlamlığını qorumaq məqsədilə müxtəlif vitaminlər qəbul edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, vitaminlərin həkim məsləhəti olmadan və normadan artıq istifadəsi orqanizm üçün zərərli ola bilər.

Milli.Az xəbər verir ki, vitamin qəbuluna başlamazdan əvvəl orqanizmdə hansı maddələrin çatışmadığını müəyyənləşdirmək vacibdir. Çünki hər kəsin vitamin ehtiyacı fərqlidir və bir insana faydalı olan preparat digərinə uyğun olmaya bilər.

Xüsusilə A, D, E və K vitaminlərinin qəbulunda diqqətli olmaq lazımdır. Bu vitaminlər yağda həll olduğu üçün orqanizmdə toplana və yüksək dozada qəbul edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər.

Bununla yanaşı, bir neçə vitamin preparatının eyni vaxtda istifadəsi də risklidir. Belə ki, müxtəlif məhsulların tərkibində eyni vitaminlərin olması gündəlik qəbul miqdarının normadan artıqlaşmasına gətirib çıxara bilər.

Vitamin qəbul edərkən dərmanlarla mümkün qarşılıqlı təsirləri də nəzərə almaq lazımdır. Xüsusilə mütəmadi dərman istifadə edənlər, hamilə qadınlar və uşaqlar vitamin seçimini həkim məsləhəti əsasında etməlidirlər.

Mütəxəssislər bildirirlər ki, vitamin əlavələri sağlam və balanslı qidalanmanı əvəz etmir. Orqanizmin ehtiyac duyduğu vitamin və mineralları meyvə, tərəvəz, süd məhsulları, paxlalılar və digər faydalı qidalardan almaq daha məqsədəuyğundur.

Qeyd olunur ki, vitaminlərin düzgün dozada və ehtiyac olduqda qəbulu sağlamlıq baxımından əhəmiyyətlidir. Buna görə də özbaşına vitamin istifadəsindən çəkinmək və mütəxəssis tövsiyələrinə əməl etmək vacibdir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью