Bir nəfəri Ermənistandan Türkiyəyə ekstradisiya edildi

28.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İrəvanın beynəlxalq axtarışda olan şəxsi Ankaraya ekstradisiya etdiyini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkələrdə axtarışda olan 14 nəfər həbs olunaraq Türkiyəyə təhvil verilib. 

Müxtəlif cinayətlərdə ittiham olunanlardan doqquzu Gürcüstandan, ikisi Almaniyadan, üçü isə Ermənistan, Xorvatiya və Monteneqrodan ekstradisiya edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью