Bir nəfərin 95 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.03.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhəri ərazisində bir nəfərin 95 min manatını etibarından sui-istifadə etmək yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью