“Bir ömrün dastanı”

21.10.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun illər Quba rayonunda partiya, sovet və təsərrüfat işlərində çalışmış, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış ziyalı Sahib Məmmədovun imzası ilə “Bir ömrün dastanı” adlı avtobioqrafik kitab işıq üzü görüb. Publisistik üslubda qələmə alınmış əsər “Zərdabi Nəşr” MMC-də nəfis şəkildə nəşr olunub.

Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Məcnun Babayev kitaba yazdığı “Ön söz”də qeyd edir ki, 6 bölümdən ibarət nəşrdə, əslində, müəllifin timsalında sadə və müdrik bir insanın parlaq obrazı yaradılıb. Kitabda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev və Azərbaycan Yazıçılar Birliyinin Quba-Xaçmaz bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylının uzun illər ərzində yaxından tanıdıqları və dostluq etdikləri müəllif haqqında məqalələri də dərc olunub.

Nəşrdə müəllifin həyatının müxtəlif dönəmlərini əks etdirən çox sayda rəngli fotolar, təbiət lövhələri, eləcə də bir çox sənədlərin surəti verilib. Kitabın üstün məziyyətlərindən biri də budur ki, dastan yaradıcılığında olduğu kimi, burada da müəllifin publisistik təhkiyəsi ilə müxtəlif illərdə qələmə aldığı şeir parçaları bir-birini əvəz edir. Bu amil kitabı oxucular üçün maraqlı və oxunaqlı edir.

Kitabın “Rəylər, münasibətlər, arzular” adlanan bölümündə isə respublikamızın onlarla tanınmış ziyalısının, şair və publisistin, eləcə də sadə insanların Sahib Məmmədov haqqında səmimi ürək sözləri yer alıb.

M.HACIXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью