Bir oturuma 10 xurma yeyən kişi əməliyyat edildi

03.02.2025

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.



Novosibirsk cərrahları mədə-bağırsaq traktında bezoar əmələ gələn kişini əməliyyat ediblər.

“Medicina” xəbər verir ki, xəstəbirdəfəyə 10-dan çox xurma yedikdən sonra özünü pis hiss etdiyini deyib.

Müayinə zamanı onda təkcə mədə kötüyünün kəskin xorası deyil, həm də fitobezoar aşkar edilib.

"Bezoarlar mədə-bağırsaq traktında əmələ gələn sıx kütlələrdir Onlar həzm olunmamış müxtəlif komponentlərdən ibarət ola bilər".

Bu xəstədə xurma qabıq, toxum və bitki liflərinin parçalarından əmələ gələn fitobezoar yaratmışdı. Kişidə bağırsaq keçməməzliyi yarandığından

əməliyyatdan qaçmaq mümkün olmayıb. Üç gün ərzində endoskopistlər anesteziya altında fitobezoarı mərhələlərlə çıxarda bildilər.

Bu fəsad səbəbindən həkimlər xurmadan gün ərzində cəmi 1 ədəd yeməyi tövsiyə edir.


Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью