Bir oyunluq forma düşərli olmadı Mövsümboyu istifadəsi mümkün deyil

23.04.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Portuqaliyanın "Eştoril" klubu Ayrton Sennanın "Formula 1"-də qələbəsinin 40-cı ildönümünü yeni forma geyməklə qeyd edib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən komanda "Braqa ilə çempionat oyununa braziliyalı yarış əfsanəsinin imzası olan məhdud sayda forma ilə çıxıb.

Unikal forma meydan sahiblərinə düşərli olmayıb - komanda 0:2 hesablı məğlubiyyətlə üzləşib. Ayrton Sennanın şərəfinə hazırlanan forma lisenziya məsələlərinə görə mövsümboyu istifadə olunmayacaq.

"Yağış adamı" ləqəbli Senna ilk "Formula 1" qələbəsini Eştorildə - Portuqaliya "Qran Pri"sində (1984-1986) qazanıb. 

“Braqa” 30 turdan sonra hazırda Portuqaliya Premyer Liqasında turnir cədvəlinin üçüncü, “Eştoril” 9-cu pilləsində qərarlaşıb.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью