Bir prospektdə 3 sürücü eyni səhvə yol verib təhlükə yaratdı VİDEO

11.06.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda manevr qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 3-də, paytaxtın Neftçilər prospektində qeydə alınıb. Belə ki, 77-MH-743 qeydiyyat nişanlı "BMW" markalı, 77-CL-311 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillərin sürücüləri boş yer görən kimi digər zolaqlara manevr edərək qabağa düşməyə çalışıblar. Lakin sonda görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona təhlükə yaradıblar. 77-BQ-913 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü isə qarşısına maneə çıxan zaman sürəti azaltmaq əvəzinə, sola manevr edərək görüntünü qeydə alan avtomobili təhlükəsizlik adacığının üzərinə çıxarıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью