Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
“Təəssüf ki, İsrail beynəlxalq hüququ pozaraq beynəlxalq sularda üzən donanmaya müdaxilə etdi”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı deyib.
O bildirib ki, biz həm öz vətəndaşlarımızı, həm də donanmada olan digər ölkələrin vətəndaşlarını İsraildən xilas etmək üçün intensiv çalışdıq. Tez vətəndaşlarımızı təxliyə etməyə başladıq.
Ərdoğan qeyd edib ki, həm diplomatiya, həm də qanun çərçivəsində cəbhədə mübarizəmizi davam etdiririk. Bir qarış da geri çəkilməyəcəyik.
Daşqın Həsənov
Missiya.Az