“Bir qəlbi də sən isit” aksiyasına start verilib

02.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə qarşıdan gələn Yeni il münasibətilə “Bir qəlbi də sən isit!” aksiyası həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, bir ay müddətində davam edəcək aksiya çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

“Vətəndaşlarımız 27 dekabr tarixinədək 7 saylı Bakı “ASAN xidmət” mərkəzi, “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər. 

Yeni ildə kiçik qəlblərin sevincinə birlikdə səbəb olaq!

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью