Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda yaranan ilk Qeyri-Hökumət təşkilatlarından olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) yarandığı ilk gündən etibarən öz bünövrə prinsiplərinə sadiqdir.
Dünəndən-bu günə qədər Azərbaycanın informasiya savaşında və post-münaqişə dövründə reallıqların dünya ictimaiyyətinə çatdırılmasında yorulmaz və fədakar mübarizəsi ilə seçilir.
Müstəqil media, insan hüquqları, münaqişələrin sülh yolu ilə həlli, müharibədən zərər çəkmiş əhalinin sosial müdafiəsi, jurnalistlərin təhlükəsizliyi, informasiya texnologiyalarının inkişafı və bir çox sahələrdə geniş fəaliyyət göstərir.
Prinsiplər bu gün də fondun fəaliyyətinin əsas istiqamətlərini özündə daşıyır.
Fond 33 illik fəaliyyəti dövründə yerli və beynəlxalq tərəfdaşlarla birgə layihələr həyata keçirib: BMT, ATƏT, Avropa Şurası və digər qurumlarla sıx əməkdaşlıq quraraq, Azərbaycanı beynəlxalq platformalarda layiqincə təmsil etməkdədir.
Bu peşəkar fəaliyyətlərin hər birində, təbii ki, sözügedən fondun təsisçisi və səlahiyyətli sədri, şair-publisist, Əməkdar mədəniyyət işçisi, ictimai xadim Umud Mirzəyevin rolu əvəzsiz, danılmazdır.
Təxminən bir neçə ay əvvəl fondla tanışlığımız zamanı hörmətli Umud Mirzəyev bizə təşkilatın fəaliyyəti dövründə həyata keçirdiyi və görüləcək işlər, beynəlxalq layihələr barədə ətraflı məlumat verdi.