Bir qol hər şeyi dəyişdi “Boka Xuniors” Argentinada çempion oldu

08.11.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Argentinada çempionluq mübarizəsi dramatik sonluqla yekunlaşıb.

Apasport.az xəbər verir ki, “Boka Xuniors” ölkə çempionatının son turunda “Defensa Xustisiya”nı 1:0 hesabı ilə məğlub edib.

“La Bombonera”da keçirilən görüşün taleyini 90+6-cı dəqiqədə “Fənərbaxça”nın sabiq futbolçusu Enner Valensiya həll edib. Lautaro Di Lolyonun ötürməsini dəqiq zərbə ilə tamamlayan 37 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.

Bu nəticədən sonra “Boka Xuniors” ümumi turnir cədvəlində 60 xalla birinci yeri tutaraq çempion olub.

Gecənin diqqətçəkən hadisələrindən biri isə “Rosario Sentral” azarkeşlərinin vaxtından əvvəl çempionluq sevinci yaşaması olub. Komandanın 2:0 hesablı qələbəsindən sonra azarkeşlər çempion olduqlarını düşünərək meydana axışıblar və bayram etməyə başlayıblar.

“Qalatasaray”a Osimhen şoku – 3 həftə oynamayacaq Emre Belözoğlu “Fənərbaxça” ilə rəsmi müqavilə imzaladı Mourinyo: “Komandanın maraqları Vinisiusdan üstündür” Türkiyə millisinin heyəti açıqlanıb Günün oyunları bu kanallarda - TV AFİŞA
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью