“Bir qol vurmuşam, amma komandam yarımfinaldadır” Mbappe

14.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa millisinin futbolçusu Kilian Mbappe Avro-2024-də yarımfinala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, forvard 1/4 finalda Portuqaliyanı məğlub etdikləri görüşdən (0:0, penaltilər 5:3) sonra bunları deyib:

“Cəmi bir qol vurmuşam, amma komandam yarımfinaldadır və xoşbəxtik. İspaniya ilə oyunda komandaya kömək edə biləcəyimə ümid edirəm. İlk növbədə komandanın uğurlarıdır və yarımfinal üçün şadam”.

Fransa yarımfinalda İspaniya ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью