Bir qrup israilli fələstinliləri evlərini yandırıb

23.05.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İordan çayının qərb sahilində fələstinlilərə məxsus evlər yandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi  WAFA Agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 8 fələstinli çmülki şəxs isə yaralanıb: "Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilinin şimalında Selfitin qərbindəki Burkin qəsəbəsinə basqın ediblər. Təcavüzkar israillilər Burkin bölgəsinə hücum edərək bir çox evi yandırıblar. Nəticədə ərazidə güclü yanğın olub, böyük maddi ziyan var".

Agentlik yanğının görüntülərini də yayıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti isə yanıq xəsarətləri alanlara tibbi yardım göstərildiyi bildirilib.

Tahir Şəlvəli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью