Bir qrup rus hərbçisi belə əsir götürüldü VİDEO

18.03.2025

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Silahlı Qüvvələri 5 rus hərbçisini əsir götürüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna KİV-lərində video yayılıb.

Məlumata görə, əməliyyat Ukrayna ordusunun “Çervona Kalina” briqadasının kəşfiyyatçıları tərəfindən aparılıb. Belə ki, Ukrayna kəşfiyyatçıları rusların harada gizləndiyini dəqiq müəyyən etdikdən sonra bu koordinatlara qədər irəliləyərək onları müqaviməti dayandırmağa məcbur ediblər.

Daha sonra rus hərbçiləri könüllü şəkildə silahı yerə qoyaraq təslim olublar. Qeyd edək ki, əməliyyatın aparıldığı dəqiq ərazi barədə məlumat verilməyib.

Həmin anları təqdim edirik:


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью