Bir qrup şəxsin dəyənəklərlə sürücünü ölümcül döyməsinin SƏBƏBİ BİLİNDİ

11.03.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.

Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə namus üstündə baş verib.

Belə ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.

Təqsirləndirilən şəxslər onun arxasınca düşərək, tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.

Məlumata görə, döyülən şəxs "TikTok" istifadəçisi olub. Sosial şəbəkə vasitəsi ilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью