Bir sadə qaydaya əməl etsəniz: Xəstə və yaşlı görünməyəcəksiniz

24.03.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir çox sadə, lakin vacib qaydaya əməl etsəniz, sağlamlığınızı yaxşılaşdıra və daha yaxşı görünə bilərsiniz. 

“Cebehinfo.az” xəbər verir ki, bu, alimlərin gəldiyi nəticədir.

Belə ki, mütəxəssislər xüsusi smart bilərziklərdən istifadə etməklə 7 minə yaxın insanın sağlamlıq məlumatlarını, o cümlədən gecə yuxusunun keyfiyyətini öyrəniblər. Məlumat dörd il ərzində toplanıb.

Nəticədə məlum oldu ki, tez-tez nizamsız yuxu narahatlıq pozğunluğu, depressiya, hipertoniya, piylənmə və hiperlipidemiya, arterial hipertansiyonun inkişafına səbəb olur. Bundan əlavə, zəif yuxu vaxtından əvvəl qocalma və çəki artımına da səbəb olur.

Alimlər əmindirlər ki, axşam saat 23:00-dan sonra yatıb gündə səkkiz saatdan az yatsanız, bütün orqanizmin fəaliyyəti pozulur. İnsan daha pis görünməyə və hiss etməyə başlayır.

Xəzər
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью