Bir şagirdin zarafatına görə 15 nəfər yaralandı Məktəbdə İNSİDENT

30.09.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə şagirdin zarafatına görə 15 nəfər xəsarət alıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Məlikqazi qəsəbəsindəki Hikmət Kozan orta məktəbində baş verib.

Şagirdlərdən biri zarafat üçün yanğın düyməsini basıb. Həyəcan siqnalı işə düşüb və hər kəs təlaş içində məktəbi tərk etməyə çalışıb. Nəticədə pilləkənlərdə izdiham yaranıb. İzdiham zamanı 15 nəfər yıxılaraq, yaxud əzilərək xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Bəzi yaralılara yerində tibbi yardım göstərilib. Bəziləri isə xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью