Bir səhnədə orkestr, xor və rəqs Filarmoniyada konsert proqramı

25.11.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibindəki kollektivlərin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

525.az xəbər verir ki, konsert proqramına Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edib.

Konsertin baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliyadır.

Proqram çərçivəsində orkestr və xor kollektivlərinin ifaları ilə yanaşı, tanınmış solistlərin çıxışları da təqdim olunub. Almaz Orucova, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nurlana Abdullayeva, Rəvan Qaçayev və Nisbət Sədrayeva öz ifaları ilə tamaşaçılar qarşısında çıxış ediblər.

Bundan başqa, konsertdə instrumental ifaçılar – Anar Yusub (kamança), Məqsəd Əzizov (balaban), Fariz Baxşəliyev (qarmon) və Orxan Sultanov (zurna) solo nömrələrlə çıxış ediblər.

Maraqlı repertuarı ilə seçilən konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının sevilən əsərləri səsləndirilib, ansamblın rəqs qrupunun ifasında müxtəlif xoreoqrafik nümunələr nümayiş etdirilib.

Qeyd edək ki, bu il Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradılmasının 90 illiyi qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью