Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq. Bir də görrəm barmaqlarım yanıbdıAyrılıqdan tez başlayır ayrılıq....Qış başlayır yaz baş
yepyenidi hər dəfəSən gəlirsən... səngimir ki,ayrılıq...Çoxu gəlib ümid verir uşaqtəkElə bil ki,oyuncağım sınıbdı..Bir baxıram qoynumdadı əl
Dərhal diqqətimi çəkdi və gördüm ,həm də duydum ki, Şahnaz Şahinin şeiri ayrılığın ağrısını, təsirini və insanın ruhunda buraxdığı dərin izl
Şeirin təsir gücü onun hər bir sətirində hiss olunan səmimiyyətdə və duyğuların incə bir şəkildə oxucuya ötürülməsindədir.Şeirin ilk misrala
Bu ifadə ayrılığın sadəcə bir son deyil, bəzən hər şeyin başlanğıcında gizləndiyini göstərir.
Ayrılığın həyatın hər bir mərhələsinə sirayət etməsi, onun qaçınılmazlığını və insan həyatında oynadığı əsas rolu vurğulayır.Şairin “Hər nəfəsdə eşq də durur qəsdimə” və ya “Bir də görrəm barmaqlarım yanıbdı” kimi misraları, duyğuların fiziki və mənəvi ağrısını eyni zamanda hiss etdirməyi bacarır.
Sevginin qəsdkar kimi təsvir edilməsi və insanı boğan, sıxan bir hal kimi təqdim edilməsi şairin duyduğu dərdin dərinliyini açıqca göstərir.Şeirdə ümidin qırılma anları çox təsirli bir şəkildə ifadə olunur: “Çoxu gəlib ümid verir uşaqtək, elə bil ki, oyuncağım sınıbdı.” Bu, şairin ayrılıqla mübarizə aparmağa çalışarkən hər dəfə ümidlərinin puç olduğunu, qırılan oyuncağa bənzədiyini göstərir.
Bu metafora insanın uşaqlıq xatirələrinə, saf duyğularına və onların necə asanlıqla zədələndiyinə işarə edir.