Icma.az, Olke.az saytına istinadən bildirir. Bu gün bütün dünya ondan danışır… Keçmiş göz həkimi, Suriyanın devriləndən sonra Moskvaya qaçan
O cümlədən də Azərbaycana gəlib. Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir fotoşəkil də Bəşər Əsədin Azə
Zaman 2009-cu ilin iyul ayı, məkan Azərbayan Milli Məclisi... Suriya prezidenti Bəşər Əsəd ölkəmizə rəsmi səfər edib.
O zaman Suriya rəhbəri hələ yüz minlərlə insanın ölümünə səbəb olan “əcinnə” sayılmırdı.
Oftalmoloq (göz həkimi) olmaq üçün tibbi təhsil alan Bəşər Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra prezident seçilmişdi.
O, ölkəsində islahatlar aparacağını vəd etmişdi. Bəşər Əsəd Bakıya səfər edəndə hakimiyyətə gəlişindən 9 il ötürdü.
O, perspektivli və Qərbyönlü gənc lider kimi təqdim olunurdu.
Parlamentdə Bəşər Əsədi Azərbaycan-Suriya dostluq qrupunun o zamankı rəhbəri, deputat Cavanşir Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qardaşı-red.) və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qarşılamışdı.