Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı? (ŞƏRH) | Icma.az
Icma.az, Qaynarinfo saytına istinadən bildirir. "Rusiya digər tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə sadəcə, NATO ilə bağlı bir şərtin
Əlimusa İbrahimov bildirib ki, Rusiya Ukraynaya növbəti görüşün iyunun 2-də İstanbulda kerçirilməsi barədə təklif verib: "Ukrayna tərəfi isə
Əslində, növbəti görüşün keçirilməsi ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur.
Ukrayna Rusiyanın artıq müzakirə edilmək üçün hazırladığı memorandumun görüşdən bir neçə gün öncə onlara təqdim olunmasını tələb edir.
Rusiya isə hazırladığı sənədi yalnız görüş zamanı müzakirəyə təqdim edəcəyini bildirir".
Ekspert qeyd edir ki, Rusiya tərəfi atəşkəsə razılaşmaq üçün bu fonda onu nə gözlədiyi barədə xəbərdar olmaq istəyir: "Yəni Kreml Ukrayna ilə münasibətdə irəli sürdüyü şərtlərin hansı formada yerinə yetiriləcəyinin öncədən bilmək istəyir.
Onun şərtləri isə aşağıdakılardan ibarətdir: Ukraynanın NATO-ya qəbul olunmaması, işğal etdiyi torpaqların (bu artıq Ukrayna ərazisinin 25 faizini təşkil edir) Rusiyanın ərazisi kim tanınması, Ukrayna ordusunun həcminin 30 mindən yuxarı olmaması, NATO ölkələrinin Ukrayna ordusunun silahlanmasına yardım etməməsi və sair.
Göründüyü kimi, Ukraynanın NATO-ya qəbul edilməməsi məsələsi Rusiyanın tələb etdiyi şərtlərdən sadəcə biridir".
Tam oxu
Xəbəri oxu