Bir sevgi vardı... Hələ də yaşayır

30.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür.

“Qafqazinfo” xəbər verir ki, günün özəlliyi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək dünyadan köçən xanımı Fərizə toy günü ilə əlaqədardır.

Onların toy günü 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.

Allahverdiyev cütlüyü 1989-cu il iyunun 30-u ailə qurub.

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham evdən çıxır.

O, həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulur.  

Ömür-gün yoldaşının yoxluğuna dözə bilməyən Fərizə isə öz canından keçir və bətnindəki körpəsini də özü ilə bərabər məzara aparır.

Cütlüyün toy günü 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью