Bir siqaret, iki can: Abşerondakı partlayışın acı həqiqətləri

17.07.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron Gənclər Şəhərciyində baş verən dəhşətli partlayış bir ailənin həyatını alt-üst etdi. Bir kibrit çöpü, bir siqaret, bir səhlənkarlıq... Nəticədə bir uşaq 9-cu sinif şagirdi Mehdi həyatla vidalaşdı, anası isə oğlunun ölüm xəbərinə dözməyərək dünyasını dəyişdi.

Hadisənin təfərrüatları ürək parçalayıcıdır. Məlumata görə, hadisə siqaret çəkmək istəyən usta qaz sızan mənzildə alışma yaratdığı üçün baş verib. Yanğın zamanı iki uşaq evdə olub. Onlardan biri, Mehdi, ağır yanıq xəsarətləri alaraq vəfat edib. Anası Günel Əliyeva isə oğlunun ölüm xəbərini eşidərək, bu ağrıya dözməyib və dünyasını dəyişib. Onunla yaşadığı bilinən digər uşaq isə möcüzə nəticəsində xilas olub.

Bu faciə bir daha sübut edir ki, mənzillərdə qaz təhlükəsizliyi məsələsi hər bir ailənin məsuliyyəti olmalıdır. Təəssüf ki, bu, nə ilkdir, nə də bəlkə də son olacaq.

Araşdırmalar göstərir ki, mənzillərdə partlayışların əsas səbəbləri qaz sızması və ehtiyatsız davranış, ventilyasiya sisteminin işləməməsi, ustaların peşəkar olmaması, detektorların və avadanlıqların olmamasıdır.

Bu hadisədə də sual doğuran məqamlar var: Qaz sızması daha əvvəl niyə hiss edilməmişdi? Usta niyə qaz sızan məkanda siqaret çəkmək istəyib? Mənzilin təhlükəsizliyi kim tərəfindən yoxlanmışdı? Bunların cavabını yalnız rəsmi istintaq verə bilər. Amma bir həqiqət dəyişmir. Bir ailə artıq yoxdur.

Leyla Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью