Bir sıra qanunlara dəyişiklik birinci oxunuşda təsdiqləndi | Icma.az
Icma.az bildirir, Modern.az portalına istinadən. Parlament “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta
Modern.az xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliklərdən biri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, artıq kağız formasında təqdim edilmək əvəzinə, Elektron Hökumət portalı vasitəsilə təqdim olunması və ya müvafiq qaydada əldə edilməsi tələbinin daxil edilməsi ilə əlaqədardır.
“Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliklərdə, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) sənədlərin əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların müraciət edən şəxsdən tələb edilməməsi nəzərdə tutulur.
“Xidməti və mülki silah haqqında” qanunda da bir dəyişiklik edilib.
Belə ki, bu qanunun müvafiq maddələrinə əsasən, müəyyən sənədlər, vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna edilən dəyişikliklərdə isə iddiaçının məlumatlarının, adətən fiziki şəxs olduqda soyad, ad, atasının adı və fərdi identifikasiya nömrəsinin daxil edilməsi dəqiqləşdirilib.
“Notariat haqqında” qanunda “Elektron Hökumət” portalı ifadəsi, “Elektron Hökumət İnformasiya Sistemi” ilə əvəz edilib.
Tam oxu
Xəbəri oxu