Bir sıra qanunlardan “xüsusi” sözü çıxarılır

13.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu dəyişikliklər daha çox uyğunlaşdırma xarakteri daşıyır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Əli Hüseynli Milli Məclisin 13 oktyabr tarixli iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və bir sıra digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dəyişikliklər çərçivəsində “Lisenziyalar və icazələr haqqında” Qanunun müvafiq maddələrindən “xüsusi” sözü çıxarılıb. Eyni yanaşma Mülki Məcəlləyə, “Polis haqqında”, “Xidməti və mülki silah haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara da şamil olunur.

Əli Hüseynli əlavə edib ki, digər dəyişikliklər isə aidiyyəti üzrə profil komitələrinin səlahiyyətlərinə daxildir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью