Bir sıra rayonlarda su verilişində 2 3 saatlıq fasilələr olacaq

21.06.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Su təminatında müvəqqəti azalma tətbiq olunur

Mövsüm keçidi ilə əlaqədar ölkədə su təminatı sistemində bərpa və yeniləmə işləri həyata keçirilir.

Məlumata əsasən, anbarlardan qəbul edilən suyun həcminin artırılması və sutəmizləyici qurğuların məhsuldarlığının yüksəldilməsi məqsədilə texniki tədbirlər görülür. Aparılan işlər çərçivəsində verilən suyun miqdarı müvəqqəti olaraq azaldılıb.

Bunun nəticəsində bir sıra rayonlarda suyun verilmə qrafikində 2-3 saatlıq fasilələr qeydə alınır.

Aidiyyəti qurumlar abonentlərdən yaranan narahatlığa görə üzr istəyiblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью