Bir sıra şadlıq sarayları cərimələndi

29.04.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhərində fəaliyyət göstərən "Xəmsə", "Ağ Çiçəyim", "Afrodita Palace", "Arzu", "Şahzadə", "Leyla Plaza", "Kolissa Hall", "White Palace", "Qızıl Qaya", "Golden Baku", "Baku Castle", "Qəbələ-Xanlar", "Xankəndi",  "Çətir", "Alaçatı Mood", "Kafe Faiq", "Tovuz Manqal", "3 Mərtəbə", "Sunrise" şadlıq sarayları və restoranları cərimələnib.

Yenisabah.az xəbər verir ki, monitorinq zamanı onların havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və  hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı  qanunamüvafiq tədbirlər görülür..


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью