Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı açıq müsabiqə elan edib.
Modern.az-ın Dövlət Satınalmalarının Vahid İnternet Portalından əldə etdiyi məlumata görə, satınalmanın predmeti respublikanın bir sıra təhsil müəssisələrində cari və əsaslı təmir işlərinin həyata keçirilməsidir.
Belə ki, satınalmanın ehtimal olunan dəyəri 4 260 957,17 manat təşkil edir.
Qeyd edək ki, təkliflərin son təqdim edilmə tarixi və zərflərin açılış vaxtı 1 sentyabr 2026-cı il, saat 10:00 müəyyən edilib.