Bir sıra yeni layihələrin icrası və vergi qanunvericiliyində dəyişikliklər olacaq Millət vəkili

16.12.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

"Gələn il Azərbaycan iqtisadiyyatı 3 faizə yaxın artım göstərəcək".

Bunu 525.az-a millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər mikro sahibkarlıq üçün yeni imkanlar yaradacaq. Sadələşdirilmiş vergi dövriyyəsi limiti 200 min manatdan 400 min manata artırılıb. Müxtəlif sektorlarda 10 il müddətinə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur:

"Qlobal və regional iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2026-cı ildə də artım tempini qoruyub saxlayacaq”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью