Bir trilyon tonluq aysberq təhlükə saçmağa başlayıb

05.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Dünyanın ən böyük aysberqi A23 suitilərin və pinqvinlərin yaşadığı Cənubu Corciya adası yaxınlığında buzlaqdan qopub.

Oxu.Az BBC-yə istinadla xəbər verir ki, aysberq çox güman ilişib qalıb və gələcəkdə əriməyə başlayacaq.

Bu, həm balıqçılar, həm də pinqvinlər üçün potensial təhlükə törədir. Digər tərəfdən, aysberq parçalandığı halda, gəmilərin hərəkətini məhdudlaşdıraraq təhdidlər formalaşdıra bilər.

Qeyd edək ki A23 aysberqinin çəkisi bir trilyon tona yaxındır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью