Bir ürək, bir yumruq : Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik etdi

15.09.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycan xalqına rəsmi təbrik ünvanlayıb.

Oxu.Az xəbər verir ki, təbrik nazirliyin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Bildirilir ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq münasibətləri daim möhkəm olaraq qalır:

"Bakının işğaldan qurtuluşunun 107-ci ildönümü mübarək olsun. Nuri Paşanı və onun komandanlığı altında döyüşən Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, minnət və hörmətlə yad edirik. Azərbaycanlı qardaşlarımızın bu xüsusi gününü səmimi qəlbdən təbrik edirik. 107 il əvvəl olduğu kimi, bu gün də Azərbaycanlı qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edəcəyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью