“Bir uşaq daha istəyirəm”

23.06.2026

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İki uşaq anası olan müğənni Britni Spirs sosial şəbəkədəki son paylaşımında daha bir uşaq sahibi olmaq istədiyini bildirib.

OLAY yazır ki, 44 yaşlı pop ulduzu sarı rəngli paltar və qara çəkmələrlə rəqs etdiyi videonu paylaşıb. O, videoda əlində kiçik gitara tutub.

Britni Spirs paylaşımın altında yazdığı açıqlamada gələcəkdə daha bir övlad sahibi olacağına ümid etdiyini qeyd edib: “Bu gün mənim üçün emosional bir gündür... Gitaralar mənə körpə varlıqları xatırladır. Onların çox zərif telləri var. Deyirlər ki, musiqi mələklərin dilidir. Bunu Meksikadan almışam. Bir gün daha bir körpəm ola biləcəyi ümidi ilə...”

Xatırladaq ki, Amerikalı müğənninin keçmiş həyat yoldaşı Kevin Federlayn ilə evliliyindən Şon Preston Federlayn (20 yaş) və Ceyden Ceyms Federlayn (19 yaş) adlı iki oğlu var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью