Bir vaxt "Fənərbaxça"nı çalışdıran məşqçi İngiltərə klubunda

20.12.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.

İngiltərənin “Vulverhempton” klubunun yeni baş məşqçisi bəlli olub.

Bakupost.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifə portuqaliyalı baş məşqçi Vitor Pereyraya həvalə olunub.

O, bu posta istefaya göndərilən Qari Onili əvəzləyib.

56 yaşlı məşqçi ilə 2025/2026 mövsümünə qədər 18 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, Pereyra karyerası ərzində “Fənərbaxça”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu” kimi klubları çalışdırıb.

Onun son iş yeri isə “Əl-Şabab” olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью