Bir vaxtlar iştirakçı idi, indi isə münsifdir

28.08.2025

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni samirə Efendi 2017-ci ildə iştirakçı kimi qatıldığı Qazaxıstanda keçirilən "Silk way star" yarışmasında bu dəfə münsif kimi yer alıb. 

Axşam.az xəbər verir ki, müğənni görüntülərini paylaşaraq təəssüratlarını bölüşüb. 

"Yarışmada Azərbaycanı təmsil etmişəm və üçüncü yerin sahibi olmuşam. İndi isə həmin müsabiqənin münsiflərindən biriyəm. İndi iştirakçıları elə başa düşürəm ki... Özüm isə münsif kimi çox həyəcanlıyam, böyük məsuliyyətdir" deyə, Samirə əlavə edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью