Bir vaxtlar məşhur model idi, indi həbsdədir

14.06.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir vaxtlar podiumlarda görünən, sosial şəbəkələrdə tanınan simalardan biri olan Diana Mehdiyeva bu gün həyatının ən ağır günlərini həbsxanada keçirir.

Azpost.info xəbər verir ki, bloqer Nail Kəmərli cəzaçəkmə müəssisəsində Diana Mehdiyeva ilə görüşərək onun həyat hekayəsini ictimaiyyətə təqdim edib.

Diana Mehdiyevanın adı ilk dəfə 2023-cü ilin yanvarında kriminal xəbərlərdə hallanmışdı. Həmin vaxt Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər sakini Diana Mehdiyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmışdı.

İstintaq zamanı onun şəhər ərazisində istifadəyə yararsız tikilidə gizlətdiyi 6 kisədə ümumilikdə 36 kiloqram 745 qram marixuana aşkar edilmişdi. Məhkəmənin hökmü ilə Diana Mehdiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nail Kəmərliyə danışan Diana həyatının çətin uşaqlıq illərindən bəhs edib. Onun sözlərinə görə, valideynlərini erkən yaşlarda itirib, nənəsinin himayəsində böyüyüb. Lakin 13 yaşında nənəsini də itirdikdən sonra tək qalıb və işləməyə məcbur olub.

Daha sonra Bakıya köçən Diana model kimi fəaliyyət göstərməyə başlayıb. Qısa müddətdə tanınıb, maddi vəziyyəti yaxşılaşıb və gələcək üçün böyük planlar qurub. Ancaq narkotik asılılığı onun həyatını tamamilə dəyişib.

Diana bildirir ki, zamanla həm dostlarını, həm də yaxın çevrəsini itirib. Hətta müəyyən dövrdə enerji içkilərinin boş bankalarını toplamaqla və müxtəlif yollarla dolanmağa çalışıb.

Hazırda cəzasını çəkən keçmiş modelin azadlığa çıxmasına təxminən 4 il qalıb.

Onun ən böyük peşmanlığı isə narkotiklə bağlıdır: “Peşmanam. Azadlığın, sağlamlığın və düzgün yolun dəyərini indi anlayıram. Gənclər nəinki narkotikdən istifadə etməsinlər, heç onun adını belə dillərinə gətirməsinlər. Mən iynəyə qədər istifadə etmişəm, qolumda bunun izləri qalıb. Amma çox peşmanam, hər kəsi itirdim.”

Azpost.info həmin müsahibəni təqdim edir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью