Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vaxt vardı ki, Azərbaycan Texnologiya Universitetində bəzi ixtisaslar üzrə plan yerləri boş qalır, əlavə qəbul mərhələsi də gözlənilən nəticəni vermirdi. Bu gün isə ATU tamamilə fərqli mənzərə ortaya qoyur.
2026-cı ilin ilkin qəbul nəticələrinə əsasən, universitetin bakalavriat səviyyəsinə 1437 tələbə qəbul olunub. Bununla da ötən ilin 1401 nəfərlik göstəricisi yenilənərək ATU tarixinin ən yüksək qəbul nəticəsi əldə edilib.
Sevindirici məqamlardan biri də 27 ixtisasdan 22-si üzrə plan yerlərinin 100 faiz dolmasıdır. Bu göstərici universitetə marağın və cəmiyyətin etimadının ildən-ilə artdığını göstərir.
Son illərdə rektor Yaşar Ömərovun rəhbərliyi ilə həyata keçirilən yenilənmə, təhsil mühitinin gücləndirilməsi və universitetin inkişafına yönələn ardıcıl addımlar ATU-nun cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.
Bir vaxtlar əlavə qəbula ümid edən universitet bu gün rekord nəticələrlə yeni uğur səhifəsi yazır.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə