Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əməkdar artist Ruhəngiz Musəvi bir vaxtların məşhur estrada müğənnisi və rəqqasə Züleyxa Mirismayılovanın ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, sənətçi açıqlamasında Z.Mirismayılovanın sağ olduğunu deyib. R. Musəvi qeyd edib ki, illərdir Z. Mirismayılova ilə dostluq edir:
"Məndən əvvəl Flora Kərimova ilə dost olub. Paylaşıb yazırlar ki, dünyasını dəyişib. Bəziləri deyir ki, xaricə köçüb. Allah ona can sağlığı versin. Qınamıram yazanları, çünki görmürlər. Salamatdır, ailəsi ilədir. O, özü sənətdən uzaqlaşıb".
Qeyd edək ki, Züleyxa Mirismayılova uzun illər əvvəl səhnədən uzaqlaşıb.