Bir vaxtların ulduz futbolçusu Kruzeyroda

01.01.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyalı hücumçu Qabriel Barbosanın yeni klubunun adı müəyyənləşib. 

Apasport.az xəbər verir ki, "Flamenqo"dan ayrılan 28 yaşlı forvard "Kruzeyro"ya keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliya milli komandasının sabiq üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Qabriel Barbosa "Flamenqo"ya 2020-ci ilin əvvəlində İtaliya "İnter"indən keçmişdi. "Qabiqol" ləqəbli futbolçu son mövsümdə "qırmızı-qaralar"ın heyətində keçirdiyi 38 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qəza keçirən futbolçu evə buraxıldı Ronaldo “Əl Nəsr”dən ayrıla bilər - Səbəb Sabiq "Borussiya"lı karyerasını başa vurub "Union Berlin"in baş məşqçisi bəlli olub Runi istefaya göndərilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью