Bir yaşlı Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

04.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir yaşlı Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Soltan Hacıyeva məlumat verib.

O bildirib ki, övladı çaydanın partlaması səbəbindən ağır yanıq xəsarətləri alıb:

"Murad ötən ilin may ayında dünyaya gəlib. O, oktyabrın 30-da çaydanın partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb. Həmin gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Orada müalicələr alsa da, hazırda evə çıxmışıq".

Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə müraciət edib:

"Muradın aylıq müalicəsi üçün bizim hazırda 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 894-60-31.

"Uni Bank": 5243 7544 1862 8101.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью