Bir yoxlama oyununda iştirak etdim, götürdülər Məmmədov Albaniyada şansını gözləyəcək

20.08.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Altı gündür Albaniyadayam. Bir yoxlama oyununda iştirak etdim, götürdülər, müqavilə bağladıq".

Bunu Fanat.Az-a açıqlamasında Albaniyanın 1-ci Liqa təmsilçisi ilə müqavilə bağlayan azərbaycanlı qapıçı Elməddin Məmmədov deyib.

Ötən mövsümü "Mingəçevir"də başa vuran 29 yaşlı qolkiper hələ formada olmadığını bildirib: "Çempionat bitəndən yalnız fərdi məşq etmişəm. Burada da dedilər ki, hələ hazır deyiləm... Həqiqətən belədir. İki-üç tur ərzində forma yığmalı, şansımı gözləməliyəm. 

Komandam ötən mövsümün yekunlarına əsasən 1-ci Liqaya yüksəlib. Köklü klubdur, əvvəllər avrokubokda da oynayıblar".

Qeyd edək ki, Elməddin daha öncə bir neçə dəfə legioner həyatı yaşayıb.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью