Bir zamanlar uşaqların sevimlisi idi... “Karlson” indi haradadır? VİDEO

09.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

O, bir zamanlar çox populyar idi. Ən əsası onu hər kəs tanıyır, hörmət göstərirdi. Bir zamanlar uşaqların sevimlisi olsa da, bu gün gözdən-könüldən uzaq sakit, amma qayğılı bir həyat yaşayır.
Söhbət uşaqların sevimli qəhrəmanı olan “Karlson” obrazının yaradıcısı, Əməkdar artist Arzu Hüseynovdan gedir.
Bir zamanlar uşaqların sevimlisi “Savalan baba”nın - Sadıq Hüseynovun ailəsində doğulan Arzu Hüseynov maraqlı xarizmaya sahib olsa da, həyat və sənət yolu heç zaman rahat və rəngli olmayıb. Onun istedadına və əzmkarlığına çox rejissorlar biganə yanaşıb. Elə bu gün də vəziyyət dəyişməyib. 
Amma bir təsəllisi var ki, zamanında yaratdığı tənbəl Əhməd və Karlson obrazları ilə uşaqların qəlbinə yol tapıb. 
Bizim.Media-nın qonağı olan Arzu Hüseynov o günlərin xatirələriylə yaşayır:
 

“Karlson obrazım çox uğurlu oldu. Həyatda da məni “Karlson” deyə çağırırdılar. Uşaqlar dəstə ilə arxamca düşüb “hanı sənin pərlərin?” deyə sataşırdılar. 10 ildən çox bu obrazı oynamışam...”


Daha ətrafı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью