Bir zarafat təyyarəni yerə endirdi FOTO KONKRET

24.04.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İndoneziyada qadın sərnişinin etdiyi “zarafat” səbəbindən təyyarədən endirilib və qara siyahıya salınıb. Hadisə “Batik Air” aviaşirkətinə məxsus təyyarədə baş verib.

KONKRET.az xəbər verir ki, uçuşdan az əvvəl sərnişin qadın stüardessaya çantasında bomba olduğunu deyib.

Qadının zarafatı ciddi təhlükə siqnalı kimi qəbul edilib və dərhal pilot və təhlükəsizlik xidmətlərinə məlumat verilib.

Təhlükəsizlik əməkdaşları qadını təyyarədən endirərək çantasını yoxlayıblar. Onun üzərində və əşyaları arasında heç bir partlayıcı və ya şübhəli əşya aşkarlanmayıb.

Qadının zarafatı səbəbindən təyyarə iki saat gecikmə ilə havaya qalxıb. Aviasiya rəsmiləri bildiriblər ki, uçuş təhlükəsizliyini riskə atacaq hər hansı davranışa əsla göz yumulmayacaq.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью