“Birbank Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni bir dövrün başlanğıcıdır!” | …
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi PAŞA Holdinq tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən Bir ekosistemi ictimaiyyətə təqdim olundu.
AZXEEBR.COM xəbər verir ki, bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir.
Birbank, ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.
Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış Birbank, Umico, m10 və MilliÖn brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir.
Bununla yanaşı, Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir.
Birbank isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara Umico-da Birbank krediti ilə alış-veriş etmək, "Trendyol Azərbaycan”da "Birbank” taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır.
Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub.
Tam oxu
Xəbəri oxu