“Birbank”dakı problemlə bağlı Kapital Bankdan AÇIQLAMA

27.01.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verdiyimiz kimi axşam saatlarında “Birbank” mobil tətbiqinin işində problem yaranıb.
Bizim.Media yaranan problemlə bağlı Kapital Bankdan Qafqazinfo-ya açıqlama verilib.
“Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”, - məlumatda qeyd edilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью