Birbankın yol pulunu ödəmək funksiyası təkmilləşdiriləcək

19.12.2024

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 550 min nəfər nəqliyyatdan "Birbank”  vasitəsilə istifadə edir.  Bu barədə KapitalBankın İdarə heyəinin sədri Fərid Hüseynov məlumat verib.

"2024-cü ilin mayından 550 minə yaxın müştərimiz tərəfindən 4,5 milyon bilet yaradılıb. Rəqəmlər göstərir ki, müştərilərimiz bizdən məhz bu cür həllər gözləyir və yenilikləri də qısa zamanda mənimsəyirlər” - Fərid Hüseynov  bildirib. 

O həmçinin söyləyib ki, hazırda bank bu funksiyanın daha mükəmməl olması üzərində çalışır. 

"Hazırda istifadə olunmayan bilet haqları müştərinin hesabına 3-30 gün ərzində qayıdır. Bu proses növbəlilik əsasında həyata keçirilir. Razıyam ki, bu istədiyimiz müştəri təcrübəsi deyil və daha yaxşı versiya üzərində işləyirik",  Hüseynov vurğulayıb. 

O həmçinin QR kod vasitəsilə alınan nəqliyyat biletlərinin 1 dəqiqə deyil daha çox müddət ərzində aktiv olması üzərində də mütəxəssislərin işlədiyini əlavə edib. 

Birbank vasitəsilə yol pulunu ödəmək funksiyası bu ilin mayından aktivləşdirilib. 

N.Təbrizli 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью