“Birbaşa Bakı” çempion oldu

12.03.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Minifutbol üzrə Azərbaycan çempionu bəlli olub. Sport24.az xəbər verir ki, finalda "Zirə" və "Birbaşa Bakı" komandaları qarşılaşıb. Bakı Tennis Akademiyasında keçirilən oyun ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən mövsüm də "Birbaşa Bakı" ölkə çempionu olmuşdu.

Üçüncü yer uğrunda oyunda "Aznur" və "Galaxy" komandaları üz-üzə gəlib.

Qalibin adı penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Aznur" kollektivi bürünc medallara sahib çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью