Birbaşa hücuma keçəcəklər Ekspertdən həyəcan təbili

28.01.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (GUR) Xarkov vilayətinə göndərilən xüsusi təyinatlı qüvvələri hücum bölmələri kimi istifadə oluna bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Yevgeni Mixaylov bildirib.

Mixaylovun sözlərinə görə, GUR xüsusi təyinatlı qüvvələrinin bölgəyə göndərilməsinin əsas məqsədi diversiya və arxa cəbhədə təxribat xarakterli əməliyyatların həyata keçirilməsi ola bilər.

Ekspert qeyd edib ki, GUR-un xüsusi təyinatlı dəstələri elit və döyüş təcrübəsi olan hərbçilərdən ibarətdir. Onlar yüksək motivasiyaya malikdir, yaxşı silahlanıb və ciddi hazırlıq keçiblər. Onun fikrincə, bu qüvvələrin birbaşa hücum əməliyyatlarına cəlb edilməsi az ehtimal olunur, lakin bu variant da istisna edilmir.

“Hazırkı mərhələdə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi kifayət qədər qeyri-peşəkar qərarlar verir. Bu səbəbdən GUR xüsusi təyinatlılarının hücum bölmələri kimi istifadə olunması məni təəccübləndirməz. Birbaşa hücum ehtimalı mümkündür. Lakin daha real ssenari onların arxa cəbhəyə sızma və təxribat əməliyyatları aparmasıdır”, – deyə Mixaylov vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью