Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son vaxtlar insanların müxtəlif estetik əməliyyatlara maraqları daha da artıb.
Qadınların əksəriyyəti bədənlərinin, üzlərində burunlarının, çənələrinin, dodaqlarının da formasını dəyişdirmək marağındadırlar.
Hətta son dönəmlərdə badəm göz əməliyyatı vasitəsilə gözlərin az miqdarda yuxarıya çəkilərək iri görünməsi daha da populyarlaşıb.
MÖVZU İLƏ BAĞLI:5 ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR – Onların diplomları necə YOXLANILIR?
Əslində, dik burun, çəkici gözlər və s günümüzdə xüsusilə sosial şəbəkələrdə trend olan “gözəllik standartlarının” tələbləridir.
Ancaq bu standartları kimlərin müəyyən etdiyi, insanların bu tələblərə uyğunlaşmaq cəhdləri hələ də tam anlaşılmayan məsələlərdir.
Artıq qadınların çoxu bir-birinə bənzəyir, demək olar ki, günümüdə özünəməxsusluğu, fərqliliyi olan insanlara çox az rast gəlirik.Bizim.Media məsələylə bağlı sosioloq Üzeyir Şəfiyevin də fikirlərini öyrənib.