Birdəfəlik çay paketlərini ikinci dəfə işlətmək təhlükəlidir

04.02.2026

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XƏBƏRDARLIQ


Birdəfəlik istifadə üçün nəzərdə tutulan çay paketinin təkrar dəmlənməsinin sağlamlıq üçün təhlükəlidir. Bunu Rusiya Texnologiya Universiteti dosenti, farmasevtika elmləri namizədi Mariya Zolotaryova açıqlamasında qeyd edib. Onun sözlərinə görə, çay paketinin bir dəfədən artıq istifadə olunması qida zəhərlənməsi riskini artırır.
Mütəxəssis bildirib ki, ilk dəmləmədən sonra paketdə yaranan rütubətli mühit bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Bu mikroorqanizmlər ishal, ürəkbulanma və qusma kimi xoşagəlməz hallara səbəb olur. Paket yenidən qaynar su ilə dəmlənsə belə, bu, tam sterilizasiya üçün kifayət etmir. Çayın tərkibindəki faydalı maddələrin – polifenolların və kofeinin əsas hissəsi ilk dəmləmə zamanı suya keçir. Təkrar dəmləmə isə faydasız, sadəcə zəif dad və ətirə malik maye verir.
Risk xüsusilə çaya şəkər və ya süd əlavə edildikdə artır, çünki bu maddələr paketdə qalaraq bakteriyaların çoxalmasını sürətləndirir. Ekspert çay paketindən yalnız bir dəfə istifadə etməyi və dərhal qabdan çıxarmağı tövsiyə edir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью